31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

Danimarkada tapılan möhür 7-ci əsrdə Şimali Avropaya baxışı dəyişə bilər

27-03-2025
IMG

Arxeoloqlar təxminən 2 il əvvəl Danimarkanın Tasinge adasında tapılan, möhür olduğu düşünülən metal parçasının 7-ci əsrdə Şimali Avropada qüvvələr balansına dair təsəvvürləri yenidən formalaşdıra biləcəyini açıqlayıblar.

BBC xəbər verir ki, arxeoloqlar 1939-cu ildə İngiltərənin Suffolk bölgəsində bir gəmi məzarından çıxarılan və dünyanın bir çox yerindən gətirilən arxeoloji əsərlərlə yaradılan "Britaniya Muzeyində “Sutton Hoo dəbilqəsi"nin üzərindəki motivlərə görə onun İsveç mənşəli olduğunu hesab ediblər.

Ancaq təxminən 2 il əvvəl tapılan və metal üzərində naxışların hazırlanmasında istifadə edilən bu möhürün üzərindəki at fiqurunun Sutton Hoo dəbilqəsindəki fiqurla demək olar ki, eyni olduğu üçün Danimarkada hazırlanmış və ya bu ölkədən təsirlənmiş ola biləcəyi deyilir. Arxeoloqlar yaşıl rəngli, mis ərintisindən hazırlanmış və təxminən 5 santimetr ölçüdə olan bu parça ilə dəbilqə üzərindəki motivlərin əslində bir-birinə bağlı olmasının, indiyə qədər mərkəzi İsveçdə olduğu düşünülən 7-ci əsrdəki güc tarazlığının əslində Danimarkaya aid ola biləcəyini ifadə edib. 

Danimarka Milli Muzeyinin kuratoru Peter Pentz at fiqurunun üzərindəki yal, qulaq və quyruq detallarına diqqət çəkərək bildirib ki,  atın özünə diqqət yetirsək, onun eyni at olduğunu görərik. 

Pentz qeyd edib ki, köhnəlmiş möhürü ətraflı şəkildə araşdırmaq üçün 3D skandan istifadə etməyə ümid edirlər.

Bəzi tədqiqatçılar sözügedən parçanın çox az qazıntı aparıldığı bir ərazidə tapıldığı üçün onun başqa bir yerdən gəlməsinin mümkün olduğuna diqqət çəkmiş və yalnız bir tapıntıya əsaslanaraq belə böyük bir nəticə çıxarmağın düzgün olmadığını vurğulamışlar.Sözügedən möhürün Danimarka Milli Muzeyində sərgilənəcəyi gözlənilir.

Paylaş: