31 mart 2025, bazar ertəsi Bakı, 13°C
IMG-LOGO

Səyyar sosial-məişət xidməti göstərilən ahıllar ziyarət edilib

27-03-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxsləri 27 Mart - Elm Günündə ziyarət ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumta görə, səyyar xidmət göstərilən Yevdokiya Xanbəyova biologiya, Sabir Məmmədov kimya, Vidadi Muradov isə memarlıq və şəhərsalma sahələrində müxtəlif illərdə alimlik dərəcələri alıblar.

Agentliyin əməkdaşları ahıl alimlərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə yaxından kömək göstəriblər.

Alimləri Elm Günü münasibəti ilə təbrik edən əməkdaşlar onların bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd ediblər. Ahıllar göstərilən diqqətə görə minnətdarlıqlarınını bildiriblər.

Onu da qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 2449 nəfəri qadın, 739 nəfəri kişi olmaqla ümumilikdə, 3188 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.

Paylaş: