Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb
Türkiyədə 2025-ci ilin fevral ayının sonunda işsizlik səviyyəsi 8,2 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz aşağıdır.
Fhnews.az bu barədə Türkiyə Statistika İdarəsinin məlumatlarına istinadla xəbər verir. Məlumatına görə, ölkədə fevral ayında işsizlərin sayı 2 milyon 886 min nəfər, orta iş günü isə həftədə 43,4 saat təşkil edib. Beləliklə, Türkiyədə işsizlik 22 aydır ki, birrəqəmli göstərici səviyyəsindədir.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bundan əvvəl hökumətin ölkənin təsdiq edilmiş iqtisadi proqramını davam etdirmək əzmində olduğunu bəyan etmişdi.
“Bütün dövlət qurumlarının fəaliyyəti ciddi şəkildə əlaqələndirilir. Məşğulluq artır, inflyasiya səviyyəsi aşağı düşür. Dövlət büdcəsinin xərcləri hökumətin ciddi nəzarəti altındadır. Bank sektoru heç bir problemlə üzləşmir, ÜDM-in artımı isə balanslaşdırılmış xarakter daşıyır”, - deyə siyasətçi vurğulayıb.
Norveçdə kosmosa peyk buraxılışı uğursuz...
Myanmada zəlzələ nəticəsində Çinin 13...
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Almaniyada qocalar evində yanğın...
Avropa İttifaqı diqqətini süni intellekt...