29 mart 2025, şənbə Bakı, 11°C
IMG-LOGO

“Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

26-03-2025
IMG

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən  bildiriblər ki, görüşdə iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan “Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.

Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Paylaş: