Havaydakı Kilauea vulkanı lava püskürməyə davam edir
ABŞ Geoloji Xidməti dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanının lava püskürtməyə davam etdiyini bildirib.
Xidmətin rəsmi saytında edilən açıqlamada, vulkanın on beşinci püskürmə mərhələsinə çatdığı bildirilib.Qeyd olunub ki, kraterin şimal ventilyasiyasında hər biri 5-10 dəqiqə davam edən lava püskürmələri baş verdikdən sonra cənub ventilyasiyası da aktivləşib.
Açıqlamada hər iki ventilyasiyadan gələn lavanın kraterin döşəməsinin təxminən 5 faizini əhatə etdiyi, püskürmələr zamanı lava sütunlarının 50-100 metr yüksəkliyə çatdığı bildirilib.
Qeyd edək ki, 2024-cü ilin dekabrından Kilauea vulkanı ümumilikdə 15 dəfə lava püskürüb.
Bu püskürmələrdən ən qısası 13 saat, ən uzunu isə 8 gün davam edib.
İranın Şəhid Rəcai limanında partlayış...
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...