Okeanda 6,5 ton kokain tutulub
Portuqaliya polisi Avropaya aparılmaq üçün 6,5 ton kokain daşıyan dəniz gəmisini ələ keçirdiklərini açıqlayıb. Gəmi Azor adalarından təxminən 500 dəniz mili cənubda, Atlantik okeanında dayandırılıb və beş ekipaj üzvü saxlanılıb.
Əməliyyatda Portuqaliya Hərbi Hava Qüvvələri və İspaniya Mülki Qvardiyası da iştirak edib. Bundan əlavə, ABŞ Narkotiklərlə Mübarizə İdarəsi və Britaniya səlahiyyətliləri də əməliyyata dəstək verib.
Portuqaliya polisi, tutulan şübhəlilərin Cənubi Amerikada yerləşən beynəlxalq cinayət təşkilatına aid olduğunu bildirsə də, təşkilatın hansı ölkədən olduğu barədə təfərrüatları açıqlamayıb.
İranın Şəhid Rəcai limanında partlayış...
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...