Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək
İtaliyalı elm adamları sel maneələri sisteminin Venesiyanın batmaqdan və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyini bildirir və şəhərin 2150-ci ilə qədər su altında qalacağını proqnozlaşdırırlar.
İtaliyada alimlərin apardığı yeni araşdırmaya görə, ölkənin laqun şəhəri olan Venesiyanın bəzi hissələri 2150-ci ilə qədər su altında qalacaq.
Tədqiqat İtaliya Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb və gelgit səviyyəsinin artması ilə bağlı məlumatları təhlil edib.
Araşdırmada qeyd olunur ki, həmin tarixədək Yerin səviyyəsi aşağı düşəcək və dəniz səviyyəsi isə yuxarı qalxacaq. Nəticədə açıq dəniz ilə laqun arasındakı fərq üç metrə çata, su səviyyəsi 2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryerini aşa bilər.
Həmçinin Venesiya laqonunda dəniz səviyyəsinin qalxmasının tarixi dövrlərdən bəri baş verdiyi, bu gün onun həssaslığının iqlim dəyişikliyinin təsiri və hər il 7 millimetrə qədər olan qrunt səviyyəsinin davamlı aşağı düşməsi ilə artdığı qeyd olunur. Bildirilir ki, buna görə də laqunun aşağı əraziləri daşqın riskinə daha çox məruz qalacaq, bu, sahil infrastrukturu və iqtisadi fəaliyyətlər üçün kritik nəticələrə səbəb olacaq.
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Tədqiqat: Qadınlar kişilərdən daha...
Avstraliyada aviasiya şousu zamanı...
Myanmadakı zəlzələdən sonra Taylandda...
Qazaxıstandakı zəlzələlərdən sonra...