Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb
Kral Çarlz və Kraliça Kamillanın Vatikana dövlət səfəri Papanın səhhəti ilə əlaqədar təxirə salınıb. Bukingem Sarayından verilən açıqlamada Papanın uzun müddət istirahət və sağalma müddətindən faydalanacağına dair tibbi məsləhətlər əsasında kral və kraliçanın Vatikana səfərinin qarşılıqlı razılıq əsasında təxirə salındığı bildirilib.
Qeyd edək ki, 88 yaşlı Papa həyati təhlükəsi olan pnevmoniya ilə mübarizə apararaq beş həftə xəstəxanada yatdıqdan sonra bazar günü Vatikana gəlib. Həkimlərin tövsiyyəsinə əsasən, Papa Fransisk uzun müddət istirahət etməlidir.
Çarlz və Kamillanın İtaliya turunun hələ də davam etdiyi, lakin mart ayında elan edilən proqramda bəzi dəyişikliklərin olacağı gözlənilir. Aprelin 7-dən 10-a qədər olan səfər Papanın yubileyini və Katolik Kilsəsi ilə İngiltərə Kilsəsi arasındakı əlaqəni qeyd etmək üçün nəzərdə tutulmuşdu.
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Tədqiqat: Qadınlar kişilərdən daha...
Avstraliyada aviasiya şousu zamanı...
Myanmadakı zəlzələdən sonra Taylandda...
Qazaxıstandakı zəlzələlərdən sonra...