29 mart 2025, şənbə Bakı, 15°C
IMG-LOGO

ABŞ-da seçki qaydalarını sərtləşdirən prezident fərmanı

26-03-2025
IMG

Ağ Evdən verilən açıqlamaya görə, prezident Tramp ölkədəki seçkilərlə bağlı yeni fərman imzalayıb.Sözügedən fərmanda federal seçkilərdə təhlükəsizliyin təmin edilməsi üçün seçici qeydiyyatı vərəqində vətəndaşlıq şəhadətnaməsinin göstərilməsinin məcburi olacağı bildirilib. Fərmanda həmçinin poçtla verilən səsləri seçki günü gəlməmiş hesablayan ştatlara qarşı “tətbir görüləcək” mesajı verilib və qeyd olunub ki, dövlətlərin seçki fondundan yararlana bilməsi onların fərmana əməl etməsindən asılıdır.

Fərmanı imzalayarkən açıqlama verən Tramp "Bəziləri düşünə bilər ki, seçkini böyük fərqlə qazandığımız üçün şikayət etməməliyik. Amma seçkilərimizi qaydasına salmalıyıq"-deyə mesaj verib.

Qeyd edək ki, ABŞ-nın bəzi ştatlarının qanunlarına görə, seçkidən  müəyyən müddətdən sonra alınan poçt səsləri seçki günündən əvvəl göndərilibsə, hesablamaya daxil edilir.

Paylaş: