Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun.
Dərin hörmətlə,
Sərdar Berdiməhəmmədov
Türkmənistanın Prezidenti
Pakistan İslam Respublikasının Baş...
Türkiyə Respublikasının Prezidenti Rəcəb...
Xalq artisti Şəfiqə xanım Məmmədovaya...
Ramazan bayramı münasibətilə Azərbaycan...
İordaniyanın Kralı II Abdullah ibn Al...