29 mart 2025, şənbə Bakı, 14°C
IMG-LOGO

Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

26-03-2025
IMG

Tbilisidə torpaq çöküb.

Fhnews.az xəbər verir ki, hadisə Mtasminda parkındakı avtobus dayanacağında baş verib

Nəticədə 28 yaşlı kişi ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Mtasminda parkı həm turistlərin, həm də yerli sakinlərin ən çox istirahət etdiyi dağüstü ərazidir. Buradan Tbilisinin möhtəşəm mənzərəsi açılır.

Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.

Paylaş: