Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram.
Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyinə ümidvarıq.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram.
Hörmətlə,
Hasan Şeyx Mahmud
Somali Federativ Respublikasının Prezidenti
Xalq artisti Şəfiqə xanım Məmmədovaya...
Ramazan bayramı münasibətilə Azərbaycan...
İordaniyanın Kralı II Abdullah ibn Al...
Gürcüstanın Prezidenti Mixeil...
Türkmən xalqının Milli Lideri,...