26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Aprelin 28-də Kanadada növbədənkənar seçkilər olacaq

24-03-2025
IMG

Kanadanın yeni baş naziri Mark Karni vəzifəyə gəldikdən sonra növbədənkənar seçki keçirmək barədə qərar verib. 

Paytaxt Ottavada parlamentin buraxılması üçün general-qubernator Meri Simon ilə görüşdükdən sonra mətbuat konfransı keçirən Karni ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı təhdidlərinə qarşı sərt mübarizə aparmaq üçün aprelin 28-də erkən seçki keçirməyə qərar verdiyini açıqlayıb və bildirib ki, Trampın ədalətsiz ticarət hərəkətləri və suverenliyimizə təhdidlər səbəbiylə həyatımızın ən böyük böhranı ilə üzləşirik. Cavabımız güclü iqtisadiyyat və daha təhlükəsiz Kanada qurmaq olmalıdır. 

59 yaşlı Karninin siyasi təcrübəsi olmasa da, martın 10-da Liberal Partiyası daxilində keçirilən səsvermədə partiyanın yeni lideri seçilərək martın 15-də and içmişdi.

Paylaş: