Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 millimetrdir.
Dağlıq ərazilərə isə qar yağıb, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 santimetrdir.
Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 millimetr olan dolu düşüb.
Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Bəzi marşrutların hərəkətində tam...
Son iki ayda sosial sahə üzrə 113 min...
Aeroport şosesində yol-nəqliyyat...
BMT-nin Cenevrə ofisində Qarabağ...
Azərbaycandakı dini konfessiya...