Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub
Alimlər Antarktidada böyük bir aysberq qopduqdan sonra ilk dəfə üzə çıxan, dəniz dibində qəribə canlılardan ibarət inkişaf edən yeni ekosistem kəşf ediblər.Alimlərə görə, bu ekosistem bir neçə əsrlik ola bilər. İndiyədək insanlar tərəfindən kəşf edilməmiş bu ərazidə nəhəng mərcanlar və süngərlər yaşayır, onlar isə dəniz hörümçəkləri, ahtapotlar və buz balıqları da daxil olmaqla müxtəlif canlılara həyat məkanı yaradır.
Tədqiqat zamanı alimlər dəniz səthindən 1300 metr dərinlikdə aparılan bu müşahidələrin Antarktida buz örtüyünün altındakı ekosistemlərin fəaliyyətini anlamağa yeni imkanlar yaratdığını vurğulayıblar.
Hazırda Antarktidanın üzən buz qalxanlarının altında yaşayan canlılar haqqında olduqca az məlumat mövcuddur. Lakin 2021-ci ildə aparılan bir Britaniya araşdırması “Filchner-Ronne” buzlaq qalxanının altında dəniz dibində yaşayan canlılara dair ilk əlamətləri ortaya qoymuşdu.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...