Yaponiyada meşə yanğını : 2 əyalət alovlara təslim oldu
Yaponiyanın Okayama və Ehime prefekturalarında başlayan meşə yanğınları qısa zamanda geniş əraziyə yayılıb. Ən azı 893 nəfərə təxliyə xəbərdarlığı edilərkən, ümumilikdə 355 hektar ərazi külə dönüb. Yanğınlarla mübarizə zamanı əyalət hökumətləri Yaponiya Özünümüdafiə Qüvvələrindən kömək istəyib.
Okayama prefekturasında ən azı 250 hektar meşə sahəsi külə dönüb, 893 nəfərə təxliyə xəbərdarlığı edilib. Ehime əyalətindəki meşə yanğını isə azı 105 hektar ərazini məhv edib.
Ehtiyat tədbiri olaraq bəzi qatarların hərəkəti dayandırılıb və bir çox magistral yollar nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Xatırladaq ki, Yaponiyanın İvate əyalətində fevralın 26-da başlayan meşə yanğını 1 nəfərin ölümünə, 171 tikilinin zədələnməsinə səbəb olmuşdu. 2900 hektar ərazini külə çevirən yanğınla əlaqədar 4500 nəfər təxliyə edilmiş, yanğın 12 gün ərzində nəzarətə götürülmüşdü.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...