25 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

23-03-2025
IMG

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və Diaspora Boks Liqasının reytinqli boksçuları Azər Sultanov və Aleksandr Frank Berlində keçirilən cempionatda uğurla çıxış ediblər.

Fhnews.az xəbər verir ki, çempionatda Aleksandr Frank venesuelalı rəqibini üçüncü, Azər Sultanov isə çex idmançını birinci raundda rinqdən kənarlaşdıraraq parlaq qələbə qazanıblar.

Qeyd edək ki, Diaspora Boks Liqasının baş məşqçisi Şamil Kərimov hər iki idmançının məşq prosesini yüksək səviyyədə nəzarətdə saxlayır. Bu sayədə Aleksandr Frank 25 döyüşdə 24 qələbə qazanıb və bir heç-heçə edib. Azər Sultanov isə beş döyüşdə maksimum nəticə göstərib. Aleksandr Frank Ulu Öndərin adını daşıyan dünya kəmərinin yeddiqat sahibi və Universal Boks Təşkilatının (UBO) dünya kəmərinin qalibidir.

Paylaş: