Martın 31-də Belçika hava limanlarında bütün uçuşlar ləğv edilib
Belçikanın Brüssel və Şarlerua hava limanlarında işçilərin tətili səbəbindən martın 31-nə planlaşdırılan bütün reyslər ləğv edilib.
Brüssel Hava Limanı rəhbərliyi 31 mart Bazar ertəsi günü ümummilli tətil olacağını bildirib. Açıqlamada tətil səbəbiylə Brüssel Hava Limanında ciddi ləngimələrin gözlənildiyi və qeyd olunan tarixdə gediş-gəliş sərnişin reyslərinin olmayacağı bildirilib.
Hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı və qeyd olunan tarixdə gediş-gəliş uçuşları üçün hava limanına gəlməmələri tövsiyyə edilib.
Diş əti xəstəliyi ilə ürək ritm...
Üztanıma texnologiyası bioloji xərçəngin...
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...
Mərakeşdə binanın çökməsi insan tələfatı...
Son 30 ildə dünyada dəniz səviyyəsinin...