25 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Havanın çirklənməsi Parkinson xəstəliyinə səbəb olur

23-03-2025
IMG

Son illərdə aparılan araşdırmalar havanın çirklənməsi ilə nevroloji xəstəliklər arasında ciddi əlaqə olduğunu ortaya çıxarıb. Alimlərin fikrincə,hava çirkliliyi beyindəki dopamin ifraz edən hüceyrələrə mənfi təsir edir və bu, Parkinson xəstəliyinə tutulma riskini artıra bilər.

Hava çirkliliyinə bağlı olan incə hissəciklər və zərərli qazlar beyin toxumasında iltihaba və nevroloji pozğunluqlara səbəb ola bilər. Son illərdə aparılan araşdırmalar hava çirkliliyinin Parkinson xəstəliyinin gedişatı ilə əlaqəli ola biləcəyini ortaya çıxarıb. Hava çirkliliyinin böyük şəhərlərdə yaşayan fərdlər üçün risk yaratdığına diqqət çəkən Türkiyəli alim, professor Talıb Asılin fikrincə, parkinson xəstəliyinə tutulma riski xüsusilə uzun müddətli və sıx hava çirkliliyinə məruz qalan fərdlərdə artır. Yaşlılar, genetik meyli olanlar və daha əvvəl nevroloji xəstəlikləri olan insanlar bu riskdən daha çox təsirlənə bilər.

Xüsusilə çirklənmənin intensiv olduğu ərazilərdə fərdlərə açıq fəaliyyətlərdən çəkinmələrini, maskalardan istifadə etmələrini və mümkünsə qapalı yerlərdə vaxt keçirmələrini tövsiyə edən Asil mütəxəssislərin hava çirkliliyi ilə mübarizə üçün daha təsirli siyasətlər hazırlamalı olduğuna diqqət çəkib.

Asil Parkinson xəstəliyinin erkən diaqnozu ilə müalicə prosesinin əhəmiyyətli dərəcədə yaxşılaşdırıla biləcəyini vurğulayaraq bildirib ki, parkinson xəstəliyi mütərəqqi bir xəstəlik olsa da, erkən diaqnoz müalicə prosesində böyük fərq yaradır. Parkinson xəstəliyinin ilkin əlamətləri titrəmə, əzələ sərtliyi, hərəkətlərin yavaşlığı və tarazlıq problemidir. Bundan əlavə, xəstələrdə tez-tez üz ifadələrində matlıq, yazı və nitq pozğunluğu kimi şikayətlər ola bilər. Belə əlamətlər müşahidə olunmayanda gecikmə zamanı nevroloqa müraciət edilməlidir.

Paylaş: