24 mart 2025, bazar ertəsi Bakı, 7°C
IMG-LOGO

Dünyada buzlaqlar əridikcə quraq bölgələrdə sudan səmərəsiz istifadə etmək böhranı daha da artırır

22-03-2025
IMG

Buzlaqlar əridikcə dəniz səviyyəsi yüksəldikcə şirin su ehtiyatları təhlükə altına düşür.Quraq bölgələrdə sudan səmərəsiz istifadə və bunun üçün qeyri-adekvat həllər bəşəriyyəti su böhranına yaxınlaşdırır.

Dünya əhalisinin intensiv artması, sürətli sənayeləşmə və istehlak vərdişlərinin dəyişməsi planetin intensiv şəkildə məhv olmasına və su ehtiyatlarının sürətlə azalmasına səbəb olur.

İqlim dəyişikliyinin təsirlərinin azaldılması və təbii sərvətlərin qorunması son illərdə ən çox müzakirə olunan məsələlərdən biridir. Ekosistemin canlılığı üçün labüd olan su ehtiyatlarının israf edilmədən qorunub saxlanılması insan həyatının davamlılığı üçün böyük əhəmiyyət kəsb edir. Artan riskə qarşı hərəkətə keçən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərarla hər il 22 Mart Ümumdünya Su Günü çərçivəsində tədbirlər təşkil edilir.

Ümumdünya Su Gününün məqsədi təhlükəsiz suya çıxışı olmayan 2,2 milyard insan haqqında məlumatlılığı artırmaq və su ehtiyatlarının qorunmasının vacibliyini vurğulamaqdır.

BMT-nin 2025-ci ili "Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq İli" elan etməsi ilə iqlim və su dövriyyəsində buzlaqların və qarın həyati roluna diqqət çəkilir. İçməli su, kənd təsərrüfatı, sənaye, təmiz enerji istehsalı və sağlam ekosistemlərin mühüm mənbəyi olan buzlaqlar okeanların dövriyyəsinə və qida şəbəkəsinə töhfə verir.
BMT-nin Ümumdünya Su Günü 2025-ci il məlumat hesabatına görə, günəş işığını kosmosa əks etdirərək dünyanın yaşana bilən temperaturda qalmasına kömək edən buzlaqlar qlobal istiləşməyə qarşı təbii qalxan rolunu oynayır.

Təxminən 2 milyard insan dünyanın şirin su ehtiyatlarının təxminən 70 faizini saxlayan və Yer kürəsində ən böyük şirin su mənbəyi olan buzlaqlara güvənir.

Bu sərvətlərin mühafizəsinin iqtisadi, sosial və ekoloji cəhətdən müsbət nəticələri olacağı bildirilərkən, buzlaqların sürətlə əriməsinin havanın temperaturunu artırdığı və gözlənilməz şəkildə su dövriyyəsinə mənfi təsir etdiyi vurğulanır.

İqlim dəyişikliyi səbəbindən buzlaqlar olması lazım olduğundan çox sürətlə əriyir, daşqınlara, quraqlıqlara, sürüşmələrə və dəniz səviyyəsində dəyişikliklərə səbəb olur, milyardlarla insanın həyatına təsir göstərir.

Paylaş: