Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Aktauda beynəlxalq forumda iştirak edib
Aktauda “Aktau – 2025-ci il Türk dünyasının mədəniyyət paytaxtı” statusunun verilməsi və Qazaxıstan Xalqları Assambleyasının 30 illik yubileyi çərçivəsində “Jastar Wave – Aktau 2025” beynəlxalq gənclər forumu keçirilib.
Fhnews.az Manqistau vilayətinin icra başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Türkiyədən gənclər iştirak ediblər.
Foruma gənclərlə yanaşı, Qazaxıstanın ictimai xadimləri, deputatlar və dövlət orqanlarının rəhbərləri də qatılıblar.
Qeyd edək ki, forum iştirakçıları martın 21-dən 23-dək regionda keçiriləcək bir sıra mədəni-maarif tədbirlərində iştirak edəcəklər.
Bəzi yerlərdə yağıntılı hava şəraiti...
ADY-də çirkli suların təkrar istifadəyə...
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün...
Yağış yağacaq, dolu düşəcək, külək...
Yanvar-fevral aylarında sosial sahə ilə...