Yeni təmiz enerji mənbəyi: Dağlar
Yeni araşdırmalar göstərib ki, dünyadakı dağ silsilələrində təbii hidrogen qazının böyük ehtiyatları ola bilər. Alimlər bildirirlər ki, bu kəşf təmiz enerji sahəsində inqilab yarada bilər.
Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzinin alimlərinin də daxil olduğu beynəlxalq alimlər heyəti qitə hərəkətlərini, dağların əmələ gəlməsi proseslərini və hidrogen istehsalını simulyasiya etmək üçün sahə müşahidələrini kompüter modelləri ilə birləşdirib.
Araşdırmalara görə, bu təbii hidrogen ehtiyatları yer qabığının altındakı mantiyanın su ilə qarşılıqlı əlaqədə olduğu “serpentinləşmə” adlı proses nəticəsində əmələ gəlir. Bu kimyəvi reaksiya qitələrin ayrılması və ya toqquşması zamanı mantiya yuxarıya doğru itələndikdə baş verir.
Tədqiqatçılar bu prosesin xüsusilə qitələrin bir-birinə yaxınlaşdığı dağ qurşaqlarında qitələrin ayrıldığı bölgələrə nisbətən 20 dəfə daha tez-tez baş verdiyini müəyyən ediblər.
Tədqiqata rəhbərlik edən geofizik Sascha Brune bildirib ki, bu iş təbii hidrogen əmələ gəlməsi üçün uyğun mühitlərin anlaşılmasını inkişaf etdirir.
Hesab olunur ki, dağlardakı hidrogen ehtiyatları digər potensial ərazilərdən, məsələn, orta okean hidrotermal ehtiyatlarından daha əlçatan ola bilər. Alimlər Avropa Alpları, Pireneylər və Balkanlarda hidrogen kəşfiyyatı işlərinə başlamağa hazırlaşırlar.
GFZ Helmholtz Yer Elmləri Mərkəzindən struktur geoloq Frank Zvaanın fikrincə, yeni tədqiqat strategiyalarının inkişafı bu kəşflərin uğurlu olması üçün çox vacibdir.
Tədqiqat dünya üzrə hidrogenin miqdarı ilə bağlı dəqiq təxminlər verməsə də, Şərqi Pireneydə aparılan araşdırmalar göstərdi ki, bu bölgədəki hidrogen ehtiyatları yarım milyon insanın illik enerji ehtiyacını ödəməyə kifayət edə bilər.
Alimlər hidrogenin davamlı çıxarılması və istifadəsi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulasalar da, bu kəşfin təmiz enerji sahəsində böyük bir addım ola biləcəyini bildirirlər.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...