İranda Novruz bayramı öncəsi baş verən qəzalarda 132 nəfər həyatını itirib
Novruz bayramı öncəsi şəhərlərarası yollarda hərəkətliliyin artdığı İranda son 5 gündə baş verən yol qəzalarında 132 nəfərin həyatını itirdiyi açıqlanıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Yol Polisi İdarəsi Novruz bayramı öncəsi baş verən yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama verib.
Açıqlamada qəzaların əksəriyyətinin yorğunluq, ehtiyatsızlıq və ötmə əməliyyatlarının düzgün aparılmaması kimi səbəblərdən baş verdiyi diqqətə çatdırılıb və sürücülərdən qaydalara əməl etmələri istənilib.
İranda istifadə edilən Hicri Şəmsi təqviminə görə, martın 21-i ilin ilk günü hesab olunur.Ailə ziyarətlərinin, səfərlərin baş verdiyi bu günlərdə şəhərdaxili yollarda sıxlığın artması səbəbindən yol qəzalarında artım müşahidə olunur.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...