192 ölkədə ağac növlərinin nəsli kəsilmək təhlükəsi var
Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Təhlükəli Növlərin Qırmızı Siyahısındakı ağacların qlobal qiymətləndirilməsinə əsasən, dünyanın 192 ölkəsində ağac növləri yox olmaq təhlükəsi ilə üz-üzədir.
Dünya quru ərazisinin üçdə birini əhatə edən meşələr quruda yaşayan bitki, heyvan və həşərat növlərinin yüzdə 80-dən çoxuna ev sahibliyi edir. Meşələrin qorunması, davamlı idarə olunması, ağacların əkilməsi və ekoloji maarifləndirmənin artırılması məqsədi ilə hər il 21-26 mart tarixləri Meşə Həftəsi kimi qeyd olunur.
Aparılan ilk Qlobal Ağac Qiymətləndirməsinə əsasən, dünyada ağacların 38 faizi, yəni ağac növlərinin 1/3-dən çoxu nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Qiymətləndirmə çərçivəsində tədqiq edilən 192 ölkədə 47282 ağac növündən ən az 16.425-nin nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi müəyyən edilərkən, bu sayının nəsli kəsilməkdə olan bütün quş, məməli, sürünən və suda-quruda yaşayan növlərin cəminin iki qatından çox olduğu bildirilir.
İqlim dəyişikliyi dəniz səviyyəsinin yüksəldiyi və daha güclü fırtınaların risk yaratdığı tropik bölgələrdə ağacları daha çox təhdid etsə də, ağac növlərindəki bu dəyişikliyin ekosistemə mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.
Qiymətləndirmədə həmçinin ağacların itirilməsinin minlərlə digər bitki, göbələk və heyvan üçün böyük təhlükə olduğuna da diqqət çəkilib.
Dünyada ağac növlərinin müxtəlifliyinin ən yüksək olduğu Mərkəzi və Cənubi Amerika, Afrika və Uzaq Şərqdə ən böyük təhlükə meşələrin qırılması və meşələrin məhv edilməsidir.Tropik meşələr təmizlənərək monokultura dediyimiz xurma və qəhvə meşələrinin salındığı ərazilərə çevrilir. Bildiyiniz kimi, bir çox yerlərdə palma yağından istifadə edilir və nə qədər çox palma yağı istifadə olunursa, meşələrin qırılması da bir o qədər çox baş verir.
Ağacların əhəmiyyətli bir hissəsi mebel və taxta-şalban sənayesində istifadə edilir. Mütəxəssislərin fikrincə, meşə ekosisteminin məhv edilməsinin geriyə dönməz olduğunu və onlardan fidan əkərək meşə ekosistemi yaratmağın çox çətin olduğunu bildiyimiz üçün təkcə mövcud olan ağacların sayı baxımından deyil, ümumiyyətlə, ağacların qorunması çox vacibdir.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...