23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Süni intellekt bakteriyaların sirrini öyrənib

20-03-2025
IMG

Süni intellekt alimlərin illərdir araşdırdıqları antibiotiklərə davamlı "super bakteriyalar"ın yayılma mexanizmini cəmi 48 saat ərzində həll edib. Professor Xose Penades və İngiltərədəki London İmperial Kollecindən olan alimlər superböcəklərin müxtəlif virusların quyruğu yaradaraq yayıla biləcəyini irəli sürən fərziyyə üzərində işləyirdilər. Alimlər bu mexanizmi anlamaq üçün on ildən artıqdır ki, araşdırma aparırlar. 

Ancaq “Google”un hazırladığı "koscientist" adlı süni intellekt vasitəsi bu nəticəyə cəmi iki gündə çatıb. Üstəlik, süni intellekt nəinki mövcud fərziyyəni təsdiqləyib, həm də superböcəklərin yayılması ilə bağlı əvvəllər düşünülməmiş daha dörd fərziyyə yaradıb. Bu vəziyyət süni intellektin elmi araşdırmalarda nə qədər təsirli ola biləcəyini bir daha sübut edir.

Paylaş: