23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

İndoneziyada vulkan püskürüb

21-03-2025
IMG

İndoneziyada Levotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində evakuasiya zamanı 1 nəfərin yaralandığı qeyd edilib. Vulkanın 8 kilometrdən çox hündürlüyə kül atdığı qeydə alınıb.

 Avstraliya və Bali arasında uçuşlar da dayandırılıb. İndoneziya Milli Geologiya Agentliyindən verilən açıqlamada Şərqi Nusa Tengqara əyalətindəki vulkanda dünən axşam saatlarında baş verən partlayışın martın 13-dən bəri çoxlu kiçik partlayışlardan sonra meydana gəldiyi bildirilib.

Vulkanın 8 kilometrdən çox yüksəkliyə kül səpdiyi qeydə alınsa da, bölgədə həyəcan vəziyyəti ən yüksək səviyyəyə qaldırılıb.

Səlahiyyətlilər partlayışdan sonra ərazidən çoxlu sayda mülki şəxsin təxliyə edildiyini və təxliyə zamanı bir nəfərin yaralandığını bildirib. Geoloqlar bu gün səhər saatlarında kiçik miqyaslı partlayışların baş verdiyini bildiriblər. İndoneziya hökuməti Avstraliya ilə Bali adası arasında uçuşların dayandırıldığını açıqlayıb.

Paylaş: