Gürcüstanın Baş naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze azərbaycanlı soydaşlarımızı və dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib.
Fhnews.az xəbər verir ki, Baş nazir Azərbaycan vətəndaşlarına müraciət edərək, onlara sülh və firavanlıq arzulayıb.
Hökumət başçısı deyib: "Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Biz xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış, dostluq münasibəti ilə fəxr edirik. Bu, həqiqətən də qürurverici bir münasibətdir, dostluqdur. Uzun illərdir ki, biz birgə ölkəmizin gələcəyini yaradırıq. Bu tarix bu gün də davam edir və bu gözəl ənənədir ki, biz Novruz bayramını bizim uşaqlara, gələcək nəsillərə ötürməliyik. Sizə ən xoş arzular, sülh və firavanlıq arzulayıram”.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...