23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Yapon alimlərindən xəbərdarlıq: Fuji dağının püskürməsinə hazır olun

21-03-2025
IMG

Yapon alimləri Fuji dağının mümkün püskürməsinə qarşı hazırlıq görülməli olduğunu bəyan ediblər. Yaponiya hökumətinin təşkil etdiyi paneldə Fuji dağının püskürməsi ehtimalı halında görüləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Paneldən sonra dərc edilən hesabatda, sıx məskunlaşan Tokio və ətraf şəhərlərdə yaşayanların birdən-birə bölgəni tərk etmələrinin qeyri-real olacağı qeyd edilib.

Hesabatda həmçinin vurğulanıb ki, hökumət məlumat yaymaq və evakuasiya yollarını qorumaq üçün bir sistem yaratmalıdır.

Panelə sədrlik edən Tokio Universitetinin fəxri professoru Fujii Toşitsuqu Yaponiyanın son 100 ildə böyük bir əraziyə kül yayan partlayışla rastlaşmadığını, lakin ölkənin indi belə bir fəlakətə hazır olması lazım olduğunu bildirib.

Paylaş: