23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

İspaniyada  fırtına  xəbərdarlığı

20-03-2025
IMG

İspaniyada son üç həftədir təsirli olan şiddətli yağış və fırtına ilə əlaqədar ölkənin şimal bölgələri başda olmaqla bir çox yerdə həyəcan təbili çalınıb.

“Martinho” adlı fırtınanın gəlməsi ilə əlaqədar olaraq İspaniyanın şimalında başda Qalisiya və Kantabriya olmaqla ölkə daxilində tədbir görülüb.

İspaniya Meteorologiya İnstitutu  küləyin sürətinin saatda 140 kilometrə çatacağını açıqlayıb.

Küləyin sürətinin saatda 136 kilometrə çatdığı və dənizdəki dalğa hündürlüyünün 7 metri keçdiyi Qalisiyada isə  güclü külək nəticəsində ağacların aşdığı, damların uçduğu, nəqliyyat vasitələrinə ziyan dəydiyi, iki nəfərin yaralandığı bildirilib. Bask bölgəsinin Bilbao şəhərindəki Loiu hava limanında bu gün planlaşdırılan bir çox reyslərin və Kanar adalarına olan bəzi reyslərin də ləğv edildiyi bildirilib.

Digər tərəfdən paytaxt Madriddə Manzanares çayının daşması riskinə qarşı tədbir olaraq bəzi yaşayış məntəqələrində ən az 400 adamın təxliyə edildiyi, bəzi dairəvi yolların və şimala gedən A-6 avtomobil yolunun qismən bağlandığı açıqlanıb.

Paylaş: