23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Bu gün  "Ümumdünya Buzlaqlar Günü"dür

21-03-2025
IMG

Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyasının 2022-ci ilin dekabrında qəbul etdiyi qərarla buzlaqların iqlim və hidroloji dövriyyə, onların ekoloji dövriyyəsi və qlobal miqyasda əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə martın 21-i “Ümumdünya Buzlaqlar Günü”, 2025-ci il isə “Buzlaqların Beynəlxalq Mühafizəsi İli” elan edilib.

21 mart Ümumdünya Buzlaqlar Günü planetimizin ən həssas ekosistemlərindən biri olan buzlaqların sürətlə əriməsinə diqqət çəkmək üçün qeyd edilir. Bu, təkcə təbiətin deyil, həm də insan həyatının davamlılığı üçün vacibdir. Xüsusilə gələcək nəsillər üçün. Bəs buzlaqlar niyə bu qədər vacibdir və onları qorumaq üçün nə edə bilərik? 
Buzlaqlar Yerdəki şirin suyun təxminən 70%-ni ehtiva edir. Buna görə də su ehtiyatlarının davamlılığı üçün kritik əhəmiyyətə malikdir. Buzlaqların nə qədər əhəmiyyətli olduğunu onların əriməsinin nəticələrindən anlamaq mümkündür. Buzlaqların əriməsi müxtəlif təsirlərə malikdir. Dünyada dəniz səviyyəsinin yüksəlməsi və artan ekstremal hava hadisələri bunlardan bəziləridir.

Bu vəziyyət təbiətlə yanaşı milyonlarla insanın yaşayış sahələrini də təhdid edir. Məsələn, buzlaqlar həm quruda, həm də suda yaşayan bir çox heyvanın təbii yaşayış yeri olduğundan, onlar əridikdə növlərin yox olma riski ilə üzləşirik.  Qlobal istiləşmə ilə əlaqədar artan temperatur buzlaqların sürətlə əriməsinə səbəb olur. Məlumdur ki, Qrenlandiyada xüsusilə son illərdə buz kütlələrinin əhəmiyyətli dərəcədə itkisi müşahidə olunur. Bu ərimə dəniz səviyyəsinin qalxmasına və okean cərəyanlarının dəyişməsinə səbəb olur və bu, dünyanın iqliminə mənfi təsir göstərir.

Bu gün  "Ümumdünya Buzlaqlar Günü" kimi müəyyənləşdirib. Bu təşəbbüs buzlaqların iqlim və ətraf mühitdəki kritik roluna diqqəti cəlb etmək və buzlaqların sürətli əriməsinin qlobal təsirləri haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

Paylaş: