Van gölündə suyun səviyyəsinin azalması ilə ortaya çıxan mikrobialitlər diqqəti cəlb edib
Mövsümi dəyişikliklər, quraqlıq və buxarlanma nəticəsində səviyyəsi azalan Van gölünün sahillərində meydana çıxan mikrobialitlər alimlərin diqqətini çəkib.
"Sualtı pəri bacaları" olaraq xarakterizə edilən mikrobialitlər son dövrlərdə yaşanan durğunluq səbəbiylə Van gölünün sahillərinin bir çox yerində görülə bilər.
Fərqli ölçülü mikrobialitlərin əmələ gəlməsi min illərlə davam edir və elmi araşdırmaların mövzusu olub.
Gölün şirin su çıxışlarında olan bu formasiyaların böyük strukturlara çevrildiyini bildirən alimlər mikrobialitlərin siyanobakteriyaların və bəzi mikroyosunların kimyəvi çöküntülərlə qarşılıqlı əlaqədə olan kalsium karbonat çökməsi nəticəsində əmələ gələn canlı suxurlar olduğunu deyirlər.
Almaniya Cənubi Sudandakı səfirliyini...
Filippində itkin düşən alman turistlər...
Nigerdə məsciddə törədilən terror aktı...
Qazaxıstanda sərnişin qatarında yanğın...
Keniyaya məxsus nəqliyyat təyyarəsi...