“Twitter”in simvolik quş loqosu hərracda satılıb
“Twitter” X olaraq dəyişdirdikdən sonra şirkətin San-Fransiskodakı keçmiş baş qərargahından çıxarılan əfsanəvi quş loqosu hərracda satılıb. Kolleksiya əşyaları üzrə ixtisaslaşmış “RR Auction” 254 kiloqram ağırlığında və 3,7x2,7 metr ölçüdə olan nişanın 34 375 dollara satıldığını açıqlayıb. Lakin yeni sahibinin kimliyi açıqlanmayıb.
“Twitter”in rebrendinq prosesi zamanı İlon Mask şirkətin köhnə lövhələrini, suvenirlərini, mətbəx avadanlıqlarını və ofis mebellərini satışa çıxarıb. Bu addım həm texnologiya həvəskarlarının, həm də kolleksiyaçıların böyük marağına səbəb olub.
Norveçdə İkinci Dünya müharibəsi dövrünə...
Cənubi Koreyada güclü meşə yanğınları...
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə...
Asiya qitəsi 2025-ci il Dünya Saatı...
Qrenlandiyanın buz təbəqəsi təhlükə...