Nazirlik: Ötən iki ayda müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 470 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib.
Bu ilin iki ayında 28 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 750 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bəzi yerlərdə yağıntılı hava şəraiti...
ADY-də çirkli suların təkrar istifadəyə...
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün...
Yağış yağacaq, dolu düşəcək, külək...
Yanvar-fevral aylarında sosial sahə ilə...