11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Yaponiyanın şimal-şərqində 12 gündür davam edən meşə yanğını nəzarət altına alınıb

10-03-2025
IMG

“Kyodo News” xəbər verir ki, yerli hakimiyyət 12 gündür davam edən yanğının ölkənin şimal-şərqində daha da genişlənməsi riskinin olmadığını qeyd edib. Səlahiyyətlilər  ən azı 210 tikiliyə ziyan vuran meşə yanğınının nəzarət altına alındığını və alovların tamamilə söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb.

İvate əyalətinin Ofunato şəhərinin rəsmiləri qeyd edib ki, martın 7-də baş vermiş yanğın nəticəsində təxliyə edilənlərdən 1249 nəfəri təxliyə mərkəzlərinə, 3061 nəfər isə qohumlarının evlərinə və ya digər yerlərə sığınıb.

Paylaş: