11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Argentinada daşqınlarda ölənlərin sayı artıb

09-03-2025
IMG

Argentinada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 13-ə yüksəlib.

Argentinanın Buenos-Ayres əyalət polisi daşqınlardan zərər çəkmiş liman şəhəri Bahia Blancada ölənlərin sayının artdığını açıqlayıb.Seldə həyatını itirənlərin sayı 13-ə yüksələrkən, axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.

Bahia Blancada evlər və iş yerləri su altında qalıb. Ölkənin Təhlükəsizlik naziri Patrisiya Bullriç və Müdafiə naziri Luis Petri daşqının baş verdiyi Bahia Blancaya gedib. 
Yerli mətbuatın məlumatına görə, Bahia Blanca şəhərində təxliyə edilənlərin sayı 900-ü keçib.

Paylaş: