12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

“Oxbridge Academy”nin şagirdləri BMU-da ekskursiyada olublar

11-03-2025
IMG

“Oxbridge Academy”nin 9-cu sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

BMU-dan verilən məlumata görə, əvvəlcə şagirdlərə universitetin strukturu, maddi-texniki bazası, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ümumi məlumat verilib.

Sonra məktəblilər Biologiya və Kimya laboratoriyaları ilə yaxından tanış olub, müxtəlif kimyəvi analiz proseslərini izləyiblər.

BMU-nun Texnoparkına da baş çəkən məktəblilər tələbələrin innovativ layihələri ilə tanış olub və bir sıra startapların, xüsusən “Zəngəzur” Pilotsuz Uçuş Aparatının hazırlanması texnologiyası ilə maraqlanıblar.

Şagirdlər BMU ilə tanışlığın onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Paylaş: