11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Agentlik: Ötən il ixtira fəallığı 4 faizə yaxın artıb

10-03-2025
IMG

2024-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 310 iddia sənədi (2023-cü ildə 302 iddia sənədi), o cümlədən ixtiraya aid 204 (2023-cü ildə 201), faydalı modelə aid 69 (2023-cü ildə 67), sənaye nümunəsinə aid 37 (2023-cü ildə 34) və Avrasiya patentinin alınması üçün 39 (2023-cü ildə 35) iddia sənədi daxil olub.

Fhnews.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cü ildə 4 faizə yaxın artıb. Qeyd olunub ki, həyata keçirilən islahatlar nəticəsində ölkəmiz patent sifarişləri üzrə, yəni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir.

Paylaş: