Qvatemalada Fueqo vulkanı püskürüb
Mərkəzi Amerika ölkəsi Qvatemalada dünyanın ən aktiv vulkanlarından biri hesab olunan və 3763 metr yüksəklikdə yerləşən Fueqo vulkanında partlayış baş verib. Gecələr başlayan vulkanik aktivlik səbəbiylə 300 ailə təxliyə edilib.
Paytaxtın təxminən 50 kilometr cənub-qərbində meydana gələn partlayışdan sonra yaranan lava və kül buludları səbəbilə 30 min insan təxliyə edilib.
İndiyə qədər heç bir can itkisinin olmadığı bildirilsə də, bir çox məktəbdə ehtiyat tədbiri olaraq təhsilin dayandırıldığı və riskli yolların nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı bildirilib.
İspan dilində “atəş” mənasını verən və dünyanın ən aktiv vulkanlarından biri sayılan Fueqo vulkanında sonuncu dəfə 2018-ci ildə baş vermiş partlayış nəticəsində 215 nəfər həlak olmuşdu.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...