11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Argentinada daşqın: 6 nəfər ölüb

08-03-2025
IMG

Bahia Blanca liman şəhərində güclü yağışların səbəb olduğu daşqın nəticəsində 6 nəfər ölüb. Şəhərdə irimiqyaslı daşqınların yaşandığı yaşayış evləri və sağlamlıq mərkəzləri üçün təxliyə göstərişləri verilib. Sel nəticəsində bəzi avtomobillər küçələrdə sürüklənib, bəziləri isə suya batıb. Ağacların aşdığı şəhərdə minlərlə insan işıqsız qalıb. 

Bahia Blanca Bələdiyyəsi 300 min əhalisi olan və böyük ticarət limanına ev sahibliyi edən şəhər üçün "7 saat davam edən fasiləsiz şiddətli yağışdan sonra şəhərin böyük bir hissəsini su basdı. Bu, şübhəsiz ki, təbii fəlakətlə qarşı-qarşıya olduğumuzu göstərir"-deyə açıqlaması verib.

Bir neçə saat ərzində 200 millimetrdən çox yağış yağdıqdan sonra xilasetmə əməliyyatına başlanılıb. Səlahiyyətlilər yerli hava limanının bağlandığını və şəhərə gedən bəzi yolların ciddi şəkildə zədələndiyini bildiriblər. Meteoroloqlar hava proqnozunun çox da ürəkaçan olmadığını bildirib və bu gün  tufan olacağı barədə xəbərdarlıq ediblər.

Paylaş: