11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılıblar

10-03-2025
IMG

Azərbaycanın stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlara qatılıblar.

Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.

Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlindəki, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirovdakı turnirdə bacarığını göstərəcək.

Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunacaq analoji yarışda mübarizə aparacaqlar.

Paylaş: