12 mart 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Azərbaycan futzal millisi bu gün səfərdə Yunanıstanla qarşılaşacaq

11-03-2025
IMG

Futzal üzrə Azərbaycan milli komandası bu gün “Avro-2026”nın əsas mərhələsində növbəti oyununu keçirəcək.

Fhnews.az xəbər verir ki, beşinci qrupda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanın qonağı olacaq. Afinada yerləşən DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Yunanıstan 4 xalla ikinci, Azərbaycan isə 2 xalla üçüncü sırada qərarlaşıb.

Paylaş: