FHN tərəfindən Qarabağ Universitetində nümunəvi dərs keçirilib
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə Qarabağ Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Nümunəvi dərsdə Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan şəhərində inşa olunan Regional...
Dumanlı hava şəraiti davam edir -...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin...
Aqrar Sığorta Fondunun təşkilatçılığı...
Lökbatanın qaz təchizatında fasilə...