11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Pakistan və Əfqanıstan arasında müvəqqəti atəşkəs əldə olunub

10-03-2025
IMG

Pakistan və Əfqanıstan sərhəd qüvvələri martın 12-də keçirilməsi planlaşdırılan növbəti görüşə qədər iki ölkə arasında Torkham Sərhəd Qapısında müvəqqəti atəşkəs barədə razılığa gəliblər. 

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasındakı Torkham Sərhəd Qapısı fevralın 21-də yeni keçid məntəqəsinin tikintisi ilə bağlı mübahisəyə görə bağlanıb. Bunun üzərinə minlərlə yük maşını sürücüsü sərhədin hər iki tərəfində qalıb. 

Martın 3-də Əfqanıstan və Pakistan sərhəd qüvvələrinin bir müddət bağlı qalan Torkham Sərhəd Qapısında bir-birinə atəş açması nəticəsində bir nəfər ölüb. Bağlanan sərhəd qapısının iki ölkə arasında ticarət dövriyyəsində gündəlik təxminən 3 milyon dollar itkiyə səbəb olduğu qeyd edilib.

Məlumat üçün bildirək ki, Pakistan-Əfqanıstan sərhədi 2 min 670 kilometrdən ibarətdir və iki ölkə arasında 18 sərhəd keçidi var. Əfqanıstanın Nangerhar əyalətindəki Torkham sərhəd qapıları və Qəndəhar vilayətindəki Spin Boldak sərhəd qapıları iki ölkə arasında ən sıx keçid məntəqələri kimi seçilir.

Yaranan münaqişələrdən sonra sərhəd qapılarında baş verən silahlı qarşıdurma xüsusilə dənizə çıxışı olmayan Əfqanıstana mənfi iqtisadi təsir göstərir.

Paylaş: