11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Nepalda 5,1 bal gücündə zəlzələ baş verib

09-03-2025
IMG

Nepalın Lobuçe bölgəsi yaxınlığında 5,1 bal gücündə zəlzələ olub.

Ölkənin Lobuche bölgəsindən 98 kilometr şimal-şərqdə baş verən zəlzələ ilə bağlı ABŞ Geoloji Xidməti açıqlama verib. Açıqlamada 5,1 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.

Zəlzələdən sonra verilən ilk təsbitlərə görə, ölkə mətbuatında ölən və ya yaralananlarla bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, dünyanın ən yüksək dağlarının yerləşdiyi bölgədə tez-tez zəlzələlər baş verir.

Paylaş: