11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

10-03-2025
IMG

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Sonra Milli Məclisin sədri Qəhrəmanlar Meydanında Memorial kompleksi ziyarət edib. O, burada Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Daha sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Paylaş: