12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “Huawei” şirkəti tərəfindən təşkil edilmiş 5G təlimlərində iştirak edirlər.

BDU-dan verilən məlumata görə, bu təlimlər universitetin müvafiq ixtisas sahələrində çalışan mütəxəssislərə müasir texnologiya və innovasiyalar sahəsində geniş biliklər qazandırmağı hədəfləyir.

Təlimlərin məqsədi 5G şəbəkələrinin qurulması və idarə edilməsi, eləcə də bu texnologiyanın gələcək inkişafı ilə bağlı nəzəri və praktiki biliklərin müasir tələblərə uyğun şəkildə verilməsidir. Təlimlərdə iştirak edən əməkdaşlar 5G texnologiyalarının universitetdə tədris olunan ixtisaslar üzrə tətbiqinə dair yeni yanaşmalar da təklif edəcəklər.

Bu layihə BDU və “Huawei” arasında birgə əməkdaşlığın inkişafı, universitetin tədris və tədqiqat sahələrində müasir texnologiyaları tətbiq etməsi istiqamətində əhəmiyyətli bir addımdır. Gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi, daha çox təlim və layihələrin reallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən təlimlərin təşkil və koordinasiyasını BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi həyata keçirir.

Paylaş: