Paytaxtda "Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları paytaxtın Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və həmin sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib.
Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
Ötən iki ayda 9 min nəfərə proaktiv...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı...
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən...