12 mart 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlərin keyfiyyətinə dair tələblər təsdiq edilib
 

12-03-2025
IMG

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri təsdiq edib.

Fhnews.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu tələblər uşaq müəssisələrində xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar da müəyyən olunacaq.

Qeyd edək ki, bu qərar “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

Paylaş: