12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb

11-03-2025
IMG

İşğaldan azad olunan Xocalı şəhərinin Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndlərində qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. Xocalı sakinləri çərşənbə tonqalını alovlandırıb, yallı və şən musiqinin sədaları altında rəqs ediblər.

Qeyd edək ki, Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.

Paylaş: