11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Amasyada ikinci dəfə çox nadir qar yığını görülüb

10-03-2025
IMG

Ötən ay Amasiyada görülən və təbiətdə çox nadir rast gəlinən qar yığınları Amasyanın Taşova rayonunda 1500 metr hündürlükdəki dərə meşəsində yenidən görünüb.

Məlumdur ki, qar yığınları yalnız havanın temperaturu sıfır dərəcəyə yaxın və qar səthinin hələ də yapışqan olduğu dövrlərdə yarana bilər.

Külək yerdən qarı qoparıb yuvarlamağa başlayır və küləyin təsiri ilə rulon tədricən böyüyür.

Təbiətdə qar rulonları çox nadirdir. Bu təbii quruluşların meydana gəlməsi üçün temperatur, qar növü, küləyin sürəti və bucaq kimi bir çox təbii faktorun bir yerdə olması lazımdır.

Paylaş: